EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
- 10 iyul, 2024
- 05:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 610 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının iyul sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyun ayında verilən proqnozla müqayisədə eyni qalıb.
Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 610 min barel olacaq. Bu, daha öncə iyunda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,62 % azdır.
2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 620 min barel olacağı açıqlanıb. Bu da daha öncə iyunda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə də 10 min barel və ya 1,64 % çoxdur.