EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 10 sentyabr, 2025
  • 09:23
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 570 min barel təşkil edəcək (avqust ayı proqnozu - 570 min barel).

Bu ilin üçüncü rübündə neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir. Avqustda həmin rüb üçün verilən proqnoz eyni olub.

Bu ilin dördüncü rüblərində neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir ki, avqustda həmin rüb üçün verilən proqnoz da 560 min barel təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci və üçüncü rüb üçün 590 min barel, dördüncü rübdə isə 600 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 600 min barel səviyyəsində olub.