EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 12 fevral, 2025
  • 05:02
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın fevral ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 630 min barel təşkil edəcək (yanvar ayı proqnozu - 630 min barel).

Bu ilin birinci rübündə neft hasilatının sutkada 610 min barel olacağı gözlənilir. Yanvar ayında həmin rüb üçün verilən proqnoz eyni olub.

Bu ilin ikinci rübündə neft hasilatının sutkada 630 min barel olacağı gözlənilir. Ötən ay bu ilin ikinci rübü üçün verilən proqnoz isə 620 min barel təşkil edib.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 640 min barel olacağı gözlənilir. Yanvarda həmin rüblər üçün verilən proqnoz da eyni olub.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə neft hasilatı sutkada 610 min barel, ikinci rüb üçün 620 min barel, üçüncü və dördüncü rübdə isə 640 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 600 min barel səviyyəsində olub.