EIA bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnoz açıqlayıb

Energetika
  • 07 avqust, 2024
  • 05:38
EIA bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnoz açıqlayıb

Bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 610 min barel proqnozlaşdırılır.

"Report" bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) “Short-Term Energy Outlook” hesabatının avqust buraxılışına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı proqnozu iyul proqnozu ilə müqayisədə dəyişməyib.

EIA-nın məlumatına görə, I rübdə gündəlik neft hasilatı orta hesabla 600 min barel, II rübdə isə 590 min barel təşkil edib.

Agentlik hesab edir ki, bu ilin III rübündə Azərbaycanda gündəlik 610 min barel neft hasil olunacaq ki, bu da iyul proqnozu ilə üst-üstə düşür.

Hesabat ilinin IV rübündə gündəlik 620 min barel neft hasil olunacağı proqnozlaşdırılır, bu da iyul proqnozu ilə uyğunluq təşkil edir.

44 - Tezliklə