EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb
- 07 may, 2025
- 09:25
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün orta gündəlik neft hasilatını 600 min barel səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın may ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2026-ci il üçün neft hasilatı proqnozu qurumun aprel proqnozu ilə müqayisədə 610 min barel olub.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 620 min barel olacağı gözlənilir ki, bu da aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,59 % azdır.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 610 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Agentlik, həmçinin 2026-cı ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatının 600 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Gələn ilin dördüncü rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatının 590 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun aprel ayı üçün açıqladığı proqnozla müqayisədə 10 min barel və ya 1,67 % azdır.