EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb
- 12 fevral, 2025
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün orta gündəlik neft hasilatını 610 min barel səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın fevral ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2026-ci il üçün neft hasilatı proqnozu qurumun yanvar proqnozu ilə müqayisədə 10 min barel və ya 1,6 % azdır.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 630 min barel olacağı gözlənilir ki, bu da noyabr ayında verilən proqnozla müqayisədə eynidir.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 620 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eyni qalıb.
Agentlik, həmçinin 2026-cı ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatının 610 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Bu ilin dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 600 min barel olacağını proqnozlaşdırır. Yanvarda qurumun gələn ilin dördüncü rübü üçün açıqladığı gündəlik neft hasilatı da 610 min barel təşkil edib.
Xatırladaq ki, yanvarda qurumun gələn ilin birinci rübü üçün açıqladığı gündəlik neft hasilatı 630 min barel, ikinci rüb üçün 620 min barel, üçüncü rübü açıqladığı gündəlik neft hasilatı proqnozu 610 barel təşkil edib. Yanvar ayında 2026-cı ilin dördüncü rübü üçün açıqlanan gündəlik neft hasilatı proqnozu 610 min barel təşkil edib.