EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 11 iyun, 2025
  • 15:13
EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2026-ci il üçün neft hasilatı proqnozu qurumun may proqnozu ilə müqayisədə 600 min barel olub.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da may ayında verilən proqnozla müqayisədə 70 min barel və ya 11,3 % azdır.

2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 70 min barel və ya 11,5 % azdır.

Agentlik, həmçinin 2026-cı ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 70 min barel və ya 11,66 % azdır.

Gələn ilin dördüncü rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun aprel ayı üçün açıqladığı proqnozla müqayisədə 60 min barel və ya 10,2 % azdır.

44 - Tezliklə