EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 12 mart, 2025
  • 09:27
EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün orta gündəlik neft hasilatını 610 min barel səviyyəsində proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın mart ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2026-ci il üçün neft hasilatı proqnozu qurumun fevral proqnozu ilə müqayisədə eynidir.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 630 min barel olacağı gözlənilir ki, bu da fevral ayında verilən proqnozla müqayisədə eynidir.

2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 610 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 10 min barel və ya 1,61 % azdır.

Agentlik, həmçinin 2026-cı ilin üçüncüvə dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 600 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 10 min barel və ya 1,64 % azdır.

Xatırladaq ki, fevralda qurumun gələn ilin birinci rübü üçün açıqladığı gündəlik neft hasilatı 630 min barel, ikinci rüb üçün 620 min barel, üçüncü rübü açıqladığı gündəlik neft hasilatı proqnozu 610 barel təşkil edib.

44 - Tezliklə