EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb
- 12 avqust, 2024
- 05:43
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının avqust sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyul ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,52 % azdır.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 630 min barel olacağı gözlənilir. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,57 % azdır. Bu proqnoz 2024-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 30 min barel və ya 5 % çoxdur.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 650 min barel olacağı gözlənilir. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Ötən ay açıqlanan gələn ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri bu ilin ikinci rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə 60 min barel və ya 10,17 % çoxdur.
Agentlik hesab edir ki, 2025-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 670 min barel olacaq. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2024-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 60 min barel və ya 9,84 % çoxdur.
Gələn ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 670 min barel olacağı açıqlanıb. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2024-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 50 min barel və ya 8,07 % çoxdur.