EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
- 08 may, 2024
- 05:25
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının may sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə mart ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,56 % çoxdur.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 630 min barel olacağı gözlənilir. Bu, daha öncə aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,61 % çoxdur. Bu proqnoz 2024-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 30 min barel və ya 5 % çoxdur.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 650 min barel olacağı gözlənilir. Bu, daha öncə aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,56 % çoxdur. Ötən ay açıqlanan gələn ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri bu ilin ikinci rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə 50 min barel və ya 8,33 % çoxdur.
Agentlik hesab edir ki, 2025-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 660 min barel olacaq. Bu, daha öncə aprel ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2024-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 50 min barel və ya 8,2 % çoxdur.
Gələn ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 660 min barel olacağı açıqlanıb. Bu, daha öncə aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,54 % çoxdur. Bu proqnoz 2024-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,39 % çoxdur.