EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu gündəlik 10 min barel azaldıb

Energetika
  • 11 sentyabr, 2024
  • 05:47
EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu gündəlik 10 min barel azaldıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün orta gündəlik neft hasilatını 640 min barel səviyyəsində proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2025-ci il üçün neft hasilatı proqnozu gündəlik 10 min barel və ya qurumun avqust proqnozundan 1,5 % azdır.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 620 min barel olacağı gözlənilir ki, bu da avqust ayına olan proqnozdan 10 min barel və ya 1,6 % azdır.

2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 640 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozdan gündəlik 10 min barel və ya 1,5 % azdır.

Agentlik, həmçinin 2025-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 660 min barel olacağını proqnozlaşdırır ki, bu da EIA-nın eyni dövrlər üzrə proqnozlarından gündəlik 1,5 % və ya 10 min barel azdır.