EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
- 11 dekabr, 2024
- 05:41
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün orta gündəlik neft hasilatını 630 min barel səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın dekabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2025-ci il üçün neft hasilatı proqnozu qurumun noyabr proqnozu ilə müqayisədə eynidir.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 610 min barel olacağı gözlənilir ki, bu da noyabr ayında verilən proqnozla müqayisədə eynidir.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 620 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eyni qalıb.
Agentlik, həmçinin 2025-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 640 min barel olacağını proqnozlaşdırır. Noyabrda qurumun gələn ilin ikinci və üçüncü rübü üçün açıqladığı gündəlik neft hasilatı da 640 min barel təşkil edib.