EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 09 oktyabr, 2024
  • 06:16
EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün orta gündəlik neft hasilatını 640 min barel səviyyəsində proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın oktyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2025-ci il üçün neft hasilatı proqnozu qurumun sentyabr proqnozu ilə eynidir.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 620 min barel olacağı gözlənilir ki, bu da sentyabr ayına olan proqnozla müqayisədə eynidir.

2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 630 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozdan gündəlik 10 min barel və ya 1,57 % azdır.

Agentlik, həmçinin 2025-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 650 min barel olacağını proqnozlaşdırır ki, bu da EIA-nın eyni dövrlər üzrə proqnozlarından gündəlik 10 min barel və ya 1,52 % azdır.