EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
- 14 noyabr, 2024
- 07:45
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.
“Report” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 600 min barel təşkil edəcək (oktyabr ayı proqnozu - 600 min barel).
Üçüncü rübdə hasilatın sutkada 590 min barel (oktyabr proqnozu - 600 min barel), dördüncü rübdə isə oktyabr ayında verilən proqnoz kimi 600 min barel olacağı gözlənilir.
Bu ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci rübdə isə 590 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 620 min barel səviyyəsində olub.