EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 09 oktyabr, 2024
  • 06:26
EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın oktyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 600 min barel təşkil edəcək. Sentyabr ayı üzrə proqnoz da 600 min barel təşkil edib.

Üçüncü rübdə hasilatın sutkada 600 min barel (sentyabr proqnozu - 600 min barel), dördüncü rübdə isə 600 min barel (sentyabr proqnozu - 610 min barel) olacağı gözlənilir.

Xatırladaq ki, bu ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci rübdə isə 590 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 620 min barel səviyyəsində olub.