EIA 2023-cü il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu artırıb

Energetika
  • 11 yanvar, 2023
  • 05:35
EIA 2023-cü il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu artırıb

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının yanvar sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə dekabr ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,56 % çoxdur.

2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 670 min barel olacağı gözlənilir. Bu, daha öncə dekabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,08 % çoxdur. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,28 % azdır.

2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 650 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in dekabr hesabatında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,17 % çoxdur. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 20 min barel və ya 2,99 % azdır.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 10 min barel və ya 1,59 % çoxdur. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 10 min barel və ya 1,54 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən dekabr ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,56 % çoxdur. 2022-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,99 % azdır.

44 - Tezliklə