Dünyadakı neft-qaz quyularının sayı ötən ay son 2,5 ilin maksimumuna çatıb

Energetika
  • 08 fevral, 2018
  • 14:01
Dünyadakı neft-qaz quyularının sayı ötən ay son 2,5 ilin maksimumuna çatıb

Bakı. 8 fevral. REPORT.AZ/ Dünyada aktiv neft-qaz quyularının sayı ötən ay 2015-ci il avqust ayından bəri maksimal həddə çatıb. 

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın neft-qaz sektorunda xidmət göstərən "Baker Hughes" şirkəti yayıb. 

Məlumatda həmçinin deyilir ki, yanvar ayında dünyada aktiv neft-qaz quyularının sayı ötən ilin dekabr ayı ilə müqayisədə orta hesabla 86 ədəd və yaxud 4,1% artaraq 2 175 ədəd təşkil edib. Artım ABŞ-da 7 ədəd, Kanadada 73 ədəd, Afrikada 3 ədəd, Yaxın Şərqdə və Asiya-Sakit Okean regionlarının hər birində isə 5 ədəd olub. Əvəzində sözügedən göstərici Avropada 3 ədəd, Latın Amerikasında isə 4 ədəd azalıb. 

İllik müqayisədə isə aktiv neft-qaz quyularının sayı 257 ədəd və yaxud 13,4% artıb.

44 - Tezliklə