Neft 0,6 % bahalaşıb
Energetika
- 27 dekabr, 2022
- 05:45
Dünya bazarında neftin qiyməti 0,6 % artıb.
"Report" xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,62 % bahalaşaraq 1 bareli 85,02 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,63 % artaraq 1 bareli 80,06 ABŞ dolları təşkil edib.
Treyderlər Çin və ABŞ-dan gələn xəbərlərdən sonra bu növ xammala tələbatın artacağını gözləyirlər.
Çinhökuməti 2023-cü il yanvarın 8-dən etibarən ölkəyə gələn şəxslər üçün COVID-19 ilə əlaqədar məcburi karantini ləğv edəcəyini açıqlayıb.
Digər tərəfdən, ABŞ-da sərt şaxtalar ölkə daxilində təbii qaz tədarükünün istehlak normasından 10 %-dək azalmasına səbəb olub.
Son xəbərlər
06:19
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Biznes05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22