Dünya bazarında neftin qiyməti cüzi düşüb
Energetika
- 10 fevral, 2023
- 05:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya bazarında neft cüzi ucuzlaşsa da, tələbin artması növbəti həftənin əvvəlindən başlayaraq qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,24 % ucuzlaşaraq 1 bareli 84,3 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,37 % düşüb və 1 bareli 77,77 ABŞ dolları təşkil edib.
Əsasən Çində tələbin bərpası ilə bağlı gözləntilər növbəti həftənin əvvəlindən qiymətlərin təxminən 5 % artmasına səbəb ola bilər. “Qara qızıl”ın əsas idxalçısı olan Çində koronavirus məhdudiyyətlərinin yumşaldılması qlobal neft alışı perspektivlərinə müsbət təsir göstərir.
Son xəbərlər
23:31
ABŞ Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü sanksiyalardan azad edib
Digər ölkələr23:15
Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub
Digər ölkələr23:03
Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb
Digər ölkələr22:41
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
Region22:35
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
Region22:23
Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub
Digər ölkələr22:09
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
Digər ölkələr21:57
"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir
Energetika21:45