Dünya Bankı: "Azərbaycan yeni boru kəmərləri hesabına qaz ixracını artıracaq"

Energetika
  • 22 oktyabr, 2021
  • 06:05
Dünya Bankı: Azərbaycan yeni boru kəmərləri hesabına qaz ixracını artıracaq

Təbii qaz və kömür qiymətlərinin 2022-ci ilin əvvəlinə qədər yüksək səviyyədə qalması gözlənilir, ancaq təklif ilə bağlı məhdudiyyətlər yumşaldıqca və istehsal artdıqca azalacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Əmtəə bazarlarının perspektivləri" (Commodity Markets Outlook) hesabatında bildirilib.

Sənədə əsasən, qiymət dəyişkənliyi ilə bağlı əlavə sıçrayışlar ehtimal olunur.

"Avropada təbii qaz və Avstraliyada kömür qiymətləri gələn il 14 % hər birisi, 2023-cü ildə isə müvafiq olaraq 27 % və 25 % azalması proqnozlaşdırılır. Ancaq bu il 2 dəfə artdıqdan sonra, ABŞ-da LNG ixracatına davamlı yüksək tələbat nəzərə alındıqda, ABŞ-da təbii qaz qiymətlərinin çox kiçik bir eniş görəcəyi gözlənilir.

Bu il kiçik artım qeydə alınan Asiyadan tədarük edilən təbii qaz qiymətlərində gələn il nisbətən cüzi eniş gözlənilir. Asiya təbii qaz qiymətləri ilk növbədə müqavilə əsasındadır və spot qiymətlərdə müşahidə olunan dəyişkənliyə daha az həssasdır", - Dünya Bankı hesab edir.

Hesabata əsasən, bu il müşahidə olunan tədarük çətinliklərinin azalması ilə kömür hasilatının da artacağı proqnozlaşdırılır. Çinin kömür istehsalının, hökumətin hasilatı artırmaq səyləri ilə artacaq. Şist neft hasilatındakı bərpa ilə yanaşı ABŞ-da təbii qaz hasilatının artacağı gözlənilir və EIA ABŞ-ın LNG ixracatında 6 % artım proqnozlaşdırılır.

"Bölgədəki yeni boru kəmərləri sayəsində Rusiya və Azərbaycandan da ixracatın artacağı gözlənilir", - hesabatda deyilir.

Dünya Bankı riskləri sadalayaraq qeyd edib ki, qısamüddətli perspektivdə təbii qaz və kömür bazarları hava şəraiti ilə əlaqəli şoklara qarşı müdafiəsizdir. Xüsusilə soyuq qış, həm tələb, həm də təklifin qısa müddətdə qeyri-elastik olması daha çox qiymət artımına səbəb ola bilər.

"!Daha geniş mənada bu ilin hadisələri, iqlim dəyişkənliyi səbəbiylə dəyişən hava şəraitinin təbii qaz və kömür bazarları üçün artan bir riskdir.

Ekstremal temperaturlar daha da yayıldıqca soyutma və isitmə üçün enerji istifadəsini artıraraq bu məhsullara tələbə təsir edə bilər. Bundan başqa, bərpa olunan enerji istehsalında dalğalanmalara səbəb olaraq bu enerjiyə tələbə təsir edə və ehtiyat istehsal güclərinin istifadəsini tələb edə bilər. Nəhayət, ekstremal hava şəraiti təbii qaz və kömür istehsalına da təsir göstərə bilər.

 Enerji keçidi baxımından, bərpa olunan enerji istehsalının fasiləli təbiəti ilə bağlı narahatlıqlar, etibarlı baza və ehtiyat elektrik enerjisi istehsalına ehtiyacın vacibliyini göstərir. Hazırda bu alternativ, təbii qaz və kömürlə işləyən elektrik stansiyalarına yönəlmə var.

Bununla yanaşı, istixana qazı emissiyalarını azaltmaq üçün baza yükü və ehtiyat enerji mənbələri getdikcə artan hidroelektrik və ya nüvə enerjisi kimi aşağı karbonlu mənbələrdən və ya yenilənə bilən enerjini saxlamağın yeni və daha yaxşı üsullarından olmalıdır.

Eyni zamanda, bu il müşahidə edilən yüksək təbii qaz və kömür qiymətləri, günəş və külək enerjisini daha da rəqabətədavamlı edir. Ölkələr, fosil yanacaqdan asılılığını azaltmaq üçün bərpa olunan enerjinin qurulmasını sürətləndirməkdən faydalana bilər."- hesabatda qeyd edilib.