“Drujba” neft kəmərində baş verən qəzadan sonra neft bahalaşıb

Energetika
  • 12 oktyabr, 2022
  • 11:15
“Drujba” neft kəmərində baş verən qəzadan sonra neft bahalaşıb

“Drujba” neft kəmərində baş verən qəzadan sonra neft bahalaşıb.

“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin dekabr fyuçersləri 0,37 % artaraq 1 bareli 94,64 ABŞ dollarına satılıb.

WTI markalı neftin noyabr fyuçersləri isə 0,17 % artaraq 1 bareli 89,5 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Drujba” neft kəmərinin Polşadan keçən hissəsində sızıntı baş verib. Bu kəmərin ötürücülük qabiliyyəti ildə 16,7 milyon ton neft təşkil edir. Neft kəmərinin marşrutu Samaradan Bryanska, oradan isə Mozıra qədər uzanır, daha sonra o, 2 hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya).

44 - Tezliklə