“Deloitte” təbii qazın bu il üçün qiymət proqnozunu 3 dəfədən çox artırıb

Energetika
  • 29 mart, 2022
  • 07:14
“Deloitte” təbii qazın bu il üçün qiymət proqnozunu 3 dəfədən çox artırıb

Bu il Avropada təbii qazın bir MMBtu-onun (1 MMBtu = 26,8 m3) orta qiymətinin 15,3 ABŞ dolları səviyyəsinndə olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin "Azərbaycanda biznes perspektivləri" hesabatında bildirilib.

Sənədə əsasən, bu, daha əvvəlki ildə 2022-ci il üçün verilən proqnozla müqayisədə 10,43 ABŞ dolları və ya 3,14 dəfə çoxdur.

2021-ci ildə təbii qazın bir MMBtu-onun orta qiyməti isə 16,1 ABŞ dolları təşkil edib.

Hesabata əsasən, 2023-cü ildə təbii qazın bir MMBtu-su 7,23 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Dünya Bankının hesablamalarına görə isə 2022-ci ildə təbii qazın birMMBtu-onun orta qiymətinin 12,3 ABŞ dolları olacağı prqnozlaşdırılır. Bu, daha əvvəlki ildə 2022-ci il üçün verilən proqnozla müqayisədə 7,38 ABŞ dolları və ya 2,5 dəfə çoxdur.

Banklın hesablamalarına görə, ötən il Avropada bir mmbtu təbii qazın orta qiyməti 14,5 ABŞ dolları təşkil edib. 2023-cü il üçün isə bir MMBtu təbii qazın orta qiyməti 8,8 ABŞ dolları, 2024-cü ildə isə 8,4 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda təbii qazın dünya bazarlarında bir MMBtu-onun qiyməti 5,538 ABŞ dolları təşkil edib.

44 - Tezliklə