STAR neft emalı zavodu aviayanacaq istehsalını cüzi azaldıb
- 28 fevral, 2023
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-cü ilin dekbar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 22 min 182 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 173 ton və ya 0,77 % azdır.
Ümumilikdə isə dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 302 min 859 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 min 508 ton və ya 2,89 % çoxdur.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin dekabr ayında 22 min 356 tona yaxın çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.