SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 9 %-dək artırıb

Energetika
  • 28 fevral, 2023
  • 09:46
SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 9 %-dək artırıb

2022-ci ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 660 min 783 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 52 min 957 ton və ya 8,7 % çoxdur.

Ümumilikdə isə 2022-ci ilin dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 451 min 769 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 170 min 540 ton və ya 10,51 % azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin dekabr ayında 607 min 826 ton dizel yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

44 - Tezliklə