CPC Qazaxıstan neftinin Novorossiysk vasitəsilə ixracını bərpa edib

Energetika
  • 27 iyul, 2026
  • 14:51
CPC Qazaxıstan neftinin Novorossiysk vasitəsilə ixracını bərpa edib

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) yük göndərənlərdən neftin qəbulunu və Novorossiysk limanındakı dəniz terminalı vasitəsilə göndərilməsini bərpa edib.

"Report"un yerli bürosunun Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda SEAMAJESTY və MILOS tankerlərinin yüklənməsi həyata keçirilir.

Məlumata görə, hər iki gəmi "Tengizşevroyl" şirkətinin neftini qəbul edir. Bu istiqamətdə işlərin bərpası neft hasil edən şirkətlərə xammalın boru kəməri sisteminə tədarükünü və dəniz terminalı vasitəsilə neft ixracını davam etdirməyə imkan verir.

Əməliyyatlar isə hazırkı vəziyyət və təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.

44 - Tezliklə