Çingiz Orucov: "Azərbaycanda metan emissiyalarının monitorinqi üçün xüsusi dronlar tətbiq olunur"
- 01 iyun, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Artıq Azərbaycanda metan emissiyalarının monitorinqi üçün nəzərdə tutulan xüsusi dronlar tətbiq olunur.
"Report" xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin bərpa olunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, metan sızmalarının aşkarlanması üçün istifadə olunan dronlar Neft Daşlarında sınaqdan keçirilib: "Bu dronu Azərbaycana gətirdik və Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Neft Daşlarında, eləcə də "Abşeron" yatağında istifadə etdik. Hazırda bu monitorinq kampaniyasının müsbət nəticələrini görürük. Texnologiya yalnız metan sızmalarının mövcudluğunu deyil, həm də onların həcmini müəyyən etməyə imkan verir".
Şirkət rəsmisi qeyd edib ki, emissiyaların azaldılması istiqamətində ilk addım sızmaların dəqiq yerinin və miqdarının müəyyən edilməsidir.