Çin şirkətləri İran neftini almaqdan imtina ediblər
Energetika
- 24 oktyabr, 2018
- 14:22
Bakı. 24 oktyabr. REPORT.AZ/ Çinin “Sinopec” və CNPC şirkətləri ABŞ-ın sanksiyalarını pozmaqdan çəkinərək İran neftini almaqdan imtina ediblər.
“Report"un "Reuters”ə istinadən verdiyi xəbərə görə, mənbə Çin şirkətlərinə sanksiyalara görə icazə verilib-verilməyəcəyinin hələlik məlum olmadığını və bu səbəbdən də noyabr ayında neft almaqla risk etmək istəyənin olmadığını bildirib.
Xatırladaq ki, may ayında ABŞ Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasına dair imzalanmış Əhatəli Razılaşma Planı adlı sənəddən birtərəfli qaydada çıxdıqlarını açıqlamışdı. Həmçinin ABŞ noyabrın 4-dən İranın neft ixracatına qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildirmişdi.
Son xəbərlər
10:29
Uitkoff və Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər edəcəklər
Digər ölkələr10:25
Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub
Mədəniyyət siyasəti10:21
Foto
Video
Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb
Hadisə10:18
Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq başa çatıb
Komanda10:11
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Energetika10:04
"Torino" İsveçrə millisinin müdafiəçisi Rikardo Rodrigeslə müqavilə bağlayıb
Futbol09:57
Foto
İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb
Biznes09:56
DSMF: 8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb
Maliyyə09:54