Ceyhun Bayramov: “Azərbaycan İtaliyanın III ən böyük qaz tədarükçüsü olub"
Energetika
- 02 aprel, 2022
- 12:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 7 milyard kubmetr təbii qaz nəql edib və bu ölkənin III ən böyük "mavi yanacaq" tədarükçüsü olub.
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla görüşdə danışıb.
“Bu gün iki ölkə arasında əlavə əməkdaşlıq imkanlarını müzakirə etdik, o cümlədən Azərbaycanda son vaxtlar böyük diqqət yetirilən alternativ enerji sahəsinin inkişafına dair fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu sahəyə də italyan şirkətləri çox böyük maraq göstərəcək”, - deyə azərbaycanlı nazir əlavə edib.
Son xəbərlər
14:40
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatının pley-offuna yüksəlib
Futbol
14:40
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib
Xarici siyasət
14:36
Türkiyə XİN rəhbəri: AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik
Xarici siyasət
14:33
Hakan Fidan: Süni intellekt inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır
Xarici siyasət
14:27
"Arsenal" "Bavariya"nın müdafiəçisi Kim Min Ceni transfer etmək istəyir
Futbol
14:22
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
Fərdi
14:15
Foto
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4
Xarici siyasət
14:12
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
Fərdi
14:12
İqor Sergeyenko: Azərbaycan AQEM-in beynəlxalq təşkilata çevrilməsi təşəbbüsündə aparıcı rol oynayır
Xarici siyasət