Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 29% artıb

Energetika
  • 16 mart, 2019
  • 12:23
Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 29% artıb

Bu ilin yanvar-fevral ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 1 720,9 mln. kubmetr qaz ötürülüb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə isə hesabat dövründə magistral qaz kəmərləri ilə 5 270,1 mln. kubmetr qaz nəql edilib. Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artım müşahidə olunub.

Qazın nəqlinin 32,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu ilin 2 ayında bu kəmərlə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 29% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

44 - Tezliklə