Cənub Qaz Dəhlizinin sərbəst ötürücülük gücü açıqlanıb
- 13 dekabr, 2022
- 14:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənub Qaz Dəhlizinin (CQD) bəzi hissələri hazırda bir qədər çox qaz nəql edə bilər.
Bu barədə “Report” “Natural Gas World” nəşrinə istinadən məlumat verir.
Nəşr hesab edir ki, Azərbaycandan Türkiyəyə qədər olan hissələrdə ildə 4-5 milyard kubmetr sərbəst ötürücük gücü ola bilər.
İxracın illik cari 12 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutan bu ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu kompressorlara və bəlkə də bəzi paralel boru kəmərlərinə investisiyalar tələb edəcək.
Nəşr iddia edir ki, xərclər məlum deyil, lakin bu, milyardlarla dollar və ya avro ola bilər: “Trans-Adriatik Qaz Boru Kəməri (TAP) artıq 2023-cü il üçün bazar sınaqları ilə bağlı planlarını elan edib. Buna səbəb təchizatçıların genişləndirmə xərclərini əsaslandırmaq üçün kifayət qədər hazırlıqlarının yoxlamaqdır".
Hasilata gəldikdə isə “Natural Gas World” yazır ki, Azərbaycanda potensial dəniz qaz hasilatı aparılacaq uzun siyahısı mövcuddur: “Bunlar “Abşeron”, “Azəri-Çıraq Dərinsulu Günəşli”, “Şahdəniz Mərhələ 3”, “Şəfəq Asiman” və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Ümid-Babək” yataqlarıdır. Hazırda faktiki olaraq yalnız SOCAR “Ümid” blokunda artıq ililk 1-2 milyard kubmetr qaz hasil edir. Üstəlik, ililk 1,5 milyard kubmetr gücündə “Abşeron” yatağının 1-ci mərhələsində hasilatın başlaması üçündə iş gedir”.
Nəşrin iddiasına görə, buna baxmayaraq SOCAR-dakı mənbələr danışıqların davam etdiyini bildirirlər: “Bu yatağa dair tam razılıq əldə etmək üçün “Abşeron”un operatoru Fransanın “Total” şirkəti ilə iş başa çatmaq üzrədir. Saziş 2023-cü ilin əvvəlində bağlana bilər. Əgər bu belədirsə, bu, 2026-cı ilə qədər Azərbaycanın ixracyönümlü istehsalına illik əlavə 3 milyard kubmetr qaz ixracı deməkdir”.
Nəşr yazır ki, bütün digərləri əlavə araşdırma, yaxud layihənin işlənmə planı tələb edir. Başqa sözlə, yekun investisiya qərarını (FID) tələb edir. Son nəticədə dəqiq vaxt çərçivəsi yoxdur, SOCAR 5 milyard kubmetrə qədər hasilatı artırmağa ümid edir ki, bu da 2027-2028-ci illərdə baş verə bilər.
“Şahdəniz” qaz-kondensat yatağının operatoru olan BP şirkəti yataqda hasilatı artırmaq üçün SOCAR ilə danışıqlar aparır. Lakin artımın həcmi və ya vaxtı barədə heç bir məlumat yoxdur, nəşr qeyd edir.