“Bulqartransqaz” "IGB kəmərinin tikintisini oktyabradək yekunlaşmasına kömək edə bilər

Energetika
  • 23 dekabr, 2021
  • 09:05
“Bulqartransqaz” IGB kəmərinin tikintisini oktyabradək yekunlaşmasına kömək edə bilər

Bolqarıstan, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tamamlanmasını gözləmədən, mövcud infrastrukturdan istifadə edərək 1 milyard kubmetr Azərbaycan qazını idxal edə bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Bolqarıstanın “Bulqartransqaz” dövlət qaz şirkətininın icraçı direktoru Vladimir Malinov deyib.

O bildirib ki, Bolqarıstanın əvvəlki hökumətin Azərbaycanla razılaşdırdığı və Yunanıstanla 12 ildir inşası bitməyən qaz xətti ilə çatdırılmalı olan həcmi nəzərə alırıq: “Razılaşdırılmış çox daha ucuz qazın üçdə birindən az hissəsi faktiki olaraq əslində hər il ölkəyə idxal edilir. Onun qiymətinin müəyyən edilməsi düsturuna, daha bahalı olan ancaq spot qaz qiymətlərindən xeyli aşağı nisbətdəki neft törəmələri də daxildir.”

Energetika naziri Aleksandr Nikolov isə dünən bəyan edib ki, dövlət enerji şirkətlərinin rəhbərləri ilə danışıqlarda müəyyənləşdirilib ki, hazırda Azərbaycandan idxal edilən qazın həcmindən daha böyük miqdarda qaz tədarük edilə bilər. Ancaq indiyədək olqarıstanın ən böyük qazpaylaşdırma şirkəti olan “Bulgargaz” iddia edirdi ki, interkonnektorun tikintisi tamamlanmadığı üçün bu mümkün deyil.

V.Malinov bildirib ki, həm Trans-Anadolu, həm də Trans-Adriatik qaz kəmərinin birləşmə nöqtəsindən Bolqarıstan razılaşdırdığı bütün qaz həcmini götürmək üçün kifayət qədər imkan var.

O, daxili bazar üçün qazın nə qədər ucuz olacağını açıqlamayıb, lakin qeyd edib ki, ölkədə gündəlik istehlak 13 milyon kubmetrdir və gələın ilin yanvar-fevral aylarında 16-17 milyon kubmetrə qədər artacağı gözlənilir: “İnanıram ki, gələn il lazımi səy və təşkilatçılıqla interkonnektor istifadəyə verilə bilər.

Bolqarıstanın qaz ötürmə şəbəkəsinin qalan hissəsinin operatoru kimi, biz, bu layihəyə kömək etməyə hazır olduğumuzu bildirmişik və bu arzumuz hələ də var.

İnanırıq ki, bütün maraqlı tərəflərin səylərini birləşdirməklə buna 2022-ci il oktyabrın 1-dək nail olmaq olar".

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.