Büdcədən maliyyələşən qurumlar I yarımildə 18,6 mln. manatlıq təbii qaz istifadə edib

Energetika
  • 20 avqust, 2019
  • 10:17
Büdcədən maliyyələşən qurumlar I yarımildə 18,6 mln. manatlıq təbii qaz istifadə edib

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 955,6 mln. kVt/s elektrik enerjisindən, 93 mln. kubmetr təbii qazdan, 10,5 mln. kubmetr sudan istifadə edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövri ilə müqayisədə təbii qazdan 5,2%, elektrik enerjisindən 3,2%, sudan isə 1% çox istifadə edilib.

Hesabat dövründə istifadə edilən təbii qazın dəyəri 18,6 mln. manat, elektrik enerjisinin dəyəri 85,9 mln. manat, suyun dəyəri isə 10,3 mln. manat təşkil edib.