Azərbaycan I rübdə neft koksu ixracının həcmini açıqlayıb

Energetika
  • 16 aprel, 2024
  • 11:42
Azərbaycan I rübdə neft koksu ixracının həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 46 min 663,77 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 3 milyon 581,98 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 7,16 % və 5,5 dəfə azdır.

Neft koksunun ölkənin ümumi ixracında payı 0,09 % olub.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.