Bu ilin I rübündə Azərbaycan İtaliyaya qaz ixracını 2,2 dəfə artırıb

Energetika
  • 23 may, 2024
  • 06:22
Bu ilin I rübündə Azərbaycan İtaliyaya qaz ixracını 2,2 dəfə artırıb

Azərbaycan bu ilin yanvar-mart aylarında İtaliyaya 1 milyard 637 milyon 104,98 min kubmetr təbii qaz ixrac edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu dövrdə İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 740 milyon 377,57 min ABŞ dolları təşkil edib.

Ötən ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin hesabat dövründə İtaliyaya qaz nəqlinin həcmi kəmiyyət ifadəsində 2,2 dəfə və ya 896 milyon 727,41 min kubmetr artıb. Dəyər ifadəsində ixracın həcmi 46,8 % və ya 650 milyon 380,07 min ABŞ dolları azalıb.

Ümumilikdə, 2024-cü ilin ilk üç ayında Azərbaycan 1 milyard 752 milyon 107,96 min ABŞ dolları (25,4 % az) məbləğində 4 milyard 932 milyon 908,72 min kubmetr qaz (61,5 % çox) ixrac edib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, Azərbaycandan ixrac edilən qazın ümumi həcminin 33,2 %-i İtaliyanın payına düşüb. Bununla o, Türkiyədən sonra Azərbaycan qazının ikinci ən böyük alıcısı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dollar dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib.

Qeyd edək ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürücülük qabiliyyəti 12 milyard kubmetri ötüb. Bu göstərici 2027-ci ilin sonuna qədər isə 20 milyard kubmetrə çatdırılacaq.

44 - Tezliklə