EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb
- 12 iyul, 2023
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının iyul sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyun ayında verilən proqnozla müqayisədə eynidir.
2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 650 min barel olacağı gözlənilir. Bu, daha öncə iyun ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 50 min barel və ya 7,1 % azdır.
2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 640 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in iyun hesabatında verilən proqnozla müqayisədə eynidir. Bu, 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 30 min barel və ya 4,5 % azdır.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu da daha verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 10 min barel və ya 1,5 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyun ayında açıqlanan proqnozla müqayisədə eynidir. 2022-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 3 % azdır.