Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi cüzi azalıb
- 21 may, 2024
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 73,148 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 993 min barel və yaxud 1,34 % azdır.
Bu ilin aprel ayında isə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,826 milyon barel neft nəql edilib. Bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 1,500 milyon barel və yaxud 7,8 % azdır.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.