Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftin həcmi 11 %-dək artıb
- 20 oktyabr, 2022
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 20,306 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 4,159 milyon barel və yaxud 25,7 % çoxdur.
Bu ilin yanvar-sentyabr aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 164,380 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,181 milyon barel və yaxud 10,9 % çoxdur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.