Bu il TANAP ilə Türkiyəyə nəql edilən qazın həcmi açıqlanıb
- 08 avqust, 2022
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Türkiyəyə Trans-Anadolu (TANAP) boru kəməri ilə 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyul ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu həcmlər ötən ilin 7 aylıq dövrü ilə müqayisədə eynidir.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə təqribən 4,8 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.