Bu il TANAP ilə Türkiyəyə nəql edilən qazın həcmi 9 % artıb
- 10 iyun, 2022
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, ötən ilin 5 ayı ilə müqayisədə 0,2 milyon kubmetr və ya 9,1 % çoxdur.
Ümumilikdə isə bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə təqribən 3,6 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.