Bu il TANAP ilə Türkiyəyə nəql edilən qazın həcmi 7 %-dən çox artıb
- 09 iyul, 2022
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Türkiyəyə Trans-Anadolu( TANAP) boru kəməri ilə 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyun ayları üzrə operativ məlumatlarında deyilir.
Məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 0,2 milyon kubmetr və ya 7,4 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə təqribən 4,3 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.