Bu il “Şahdəniz” qazının ixracı 25%-dən çox artıb
Energetika
- 19 dekabr, 2019
- 07:01
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 24 534,3 mln. kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3% artım müşahidə olunub.
Qazın nəqlinin 38,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Hesabat dövründə bu kəmərlə 9 361,2 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 25,4% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.
Son xəbərlər
23:27
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
Digər ölkələr23:14
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
Region23:10
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-nin şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək
Futbol21:43