Bu il “Hövsan-Zığ” yatağında neft hasilatının həcmi dəyişməyəcək

Energetika
  • 30 yanvar, 2025
  • 10:44
Bu il “Hövsan-Zığ” yatağında neft hasilatının həcmi dəyişməyəcək

Bu il “Hövsan-Zığ” yataqlar blokundan 0,48 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair verdiyi rəydə deyilir.

2024-cü ildə də yataqdan bu həcmdə neftin hasil olunması proqnozlaşdırılır. 2025-ci ilə olan proqnoz 2023-cü ilin göstəricisinə nisbətən 0,04 milyon barel və ya 9,09 % çoxdur.

Qeyd edək ki, “Zığ” və “Hövsan” yataqları Abşeron yarımadasının cənub hissəsində yerləşir. Həmin quru yataqları blokunun ərazisi 65 km² təşkil edir. İlkin hesablamalara görə, bu yataqlardakı çıxarıla bilən qalıq neft ehtiyatlarının həcmi 12 milyon tona çatır. “Hövsan-Zığ” yataqlar blokunun işlənilməsi ilə “Absheron Operating Company” məşğul olur. ”Zığ” yatağında neft hasilatına 1935-ci ildə, “Hövsan” yatağında isə 1948-ci ildə başlanılıb.

44 - Tezliklə