Bu il Hindistan Azərbaycandan neft alışını 13 %-dən çox azaldıb
- 20 iyun, 2024
- 13:16
Bu ilin yanvar-may aylarında Azərbaycan Hindistana 891 min 896,27 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 567 milyon 774,74 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 13,2 %, dəyəri isə 7 % azdır.
Bu ilin yanvar-may aylarında Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 9,04 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Ötən 5 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 258 milyon 631,31 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.