Bu il Ceyhan limanından 174 milyon bareldən çox BTC nefti nəql edilib
Energetika
- 18 noyabr, 2021
- 06:01
Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 174,220 milyon barel xam neft nəql edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 242 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 745,2 milyon barelə yaxın xam neft 4 901 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
Son xəbərlər
09:05
İlham Əliyev: "Azərbaycanda çox yaxşı investisiya mühiti var"
Biznes08:54
Video
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir
Xarici siyasət08:48
XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi dünyanın aparıcı tədarükçülərindəndir
Xarici siyasət08:28
Ceyhun Bayramov: Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb
Qarabağ08:15
Video
Qaradağ rayonunda vulkan püskürüb
Elm və təhsil08:12
NASA "Crew-13" missiyasını buraxılışa hazırlayır
Digər ölkələr07:54
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Xarici siyasət07:42
Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq
Xarici siyasət07:30
Foto