Bu il Ceyhan limanından 121 milyon bareldən çox BTC nefti nəql edilib
Energetika
- 14 avqust, 2021
- 05:45
Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 121,271 milyon barel xam neft nəql edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 167 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 692,2 milyon barelə yaxın xam neft 4 826 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
Son xəbərlər
15:43
Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib
Xarici siyasət15:40
Rafael Qrossi: AEBA-nın İranın nüvə obyektlərini bərpa etməsinə dair sübutu yoxdur
Digər ölkələr15:37
Şerzod Xocayev sentyabrda Azərbaycanla neft və neft məhsullarının tədarükünü müzakirə edəcək
Energetika15:36
Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün dövlət rüsumu müəyyənləşib
ASK15:35
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Daxili siyasət15:34
Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə minib
ASK15:23
"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Futbol15:23
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
İnfrastruktur15:22