Çexiya Azərbaycandan bu il neft idxalını 36 % artırıb
- 18 oktyabr, 2024
- 09:07
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 246 min 961,29 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 790 milyon 037,03 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,02 %, dəyəri isə 49,02 % çoxdur.
Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 7,09 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.