Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 50 % artıb

Energetika
  • 07 avqust, 2025
  • 14:34
Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 50 % artıb

Bu ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 36 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin birinci yarımilinin yekunları ilə bağlı yaydığı hesabatına istinadən xəbər verir.

Bu, 2024-cü ilin ilk 6 ayının nəticələrilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 3,5 % azdır.

Hesabat dövründə boru kəmərinin əsaslı xərcləri 12 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4 milyon ABŞ dolları və ya 50 % çoxdur.

Yanvar-iyun aylarında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon kubmetr və ya 1,1 % azdır.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.

44 - Tezliklə