Bu il Bakı-Tbilisi-Ərzurum boru qaz kəməri ilə nəqletmə 9 %-dən çox artıb

Energetika
  • 14 mart, 2022
  • 13:41
Bu il Bakı-Tbilisi-Ərzurum boru qaz kəməri ilə nəqletmə 9 %-dən çox artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 6 milyard 975,2 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 46,9 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 3 milyard 269,8 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 9,26 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə