Bu il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 19 % artıb

Energetika
  • 16 noyabr, 2022
  • 09:55
Bu il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 19 % artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 31 milyard 707,1 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 53,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 17 milyard 69,7 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 18,8 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə