Bu il “AzərEnerji” SES-lərdə enerji istehsalını 54 %-dən çox artırıb

Energetika
  • 14 mart, 2025
  • 13:42
Bu il “AzərEnerji” SES-lərdə enerji istehsalını 54 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında “AzərEnerji” ASC üzrə 4 milyard 353,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 167,6 milyon kVt/saat və ya 4 % çoxdur.

“AzərEnerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 3 milyard 955,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 397,9 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb.

Bu da 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 27,6 min kVt/saat (0,7 %) və 140 min kVt/saat (54,3 %) çoxdur.

Bu ilin 2 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon kVt/saat və ya 2,5 % çoxdur.

Energetika Xidməti üzrə İES-lərdə 41,4 milyon kVt/saat (- 7 %), SES-lərdə 12,3 milyon kVt/saat (+ 51,8 %), Günəş Elektrik Stansiyalarında (GES) 7,6 milyon kVt/saat (+5,6 ) elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 milyon kVt/saat (- 31,7 %), müstəqil elektrik stansiyaları üzrə isə 445,8 milyon kVt/saat (+2,58 %) elektrik enerjisi istehsal edilib.

44 - Tezliklə